Buffona daha bir “elçi”

PSJ-dən ayrılan Canluici Buffon karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 41 yaşlı qapıçı ilə “Atalanta” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Atalanta”nın Buffonla ilkin danışıqlara başladığı bildirilir.

“Atalanta” ilə yanaşı, “Parma”, “Breşiya”, “Latsio” və “Cenoa” da Buffonla maraqlanır.

Peşəkar karyerasına “Parma”da başlayan, uzun illər “Yuventus”da çıxış edən Buffon, PSJ-yə ötən yay transfer edilmişdi. O, Paris klubunun heyətində 25 oyuna çıxıb, Fransa çempionu və superkubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button