Final matçından əvvəl itki

PSJ Fransa kubokunun finalında “Renn”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi bu qarşılaşmada yarımmüdafiəçisi Marko Verrattinin köməyindən istifadə edə bilməyəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Verratti, PSJ-nin Liqa 1-in 33-cü turunda “Monako”nu məğlub etdiyi matçda (3:1) zədələnib.

PSJ – “Renn” matçı aprelin 27-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button