PSJ-də ciddi itki

Futbol üzrə Fransa kubokunun final qarşılaşmasında “Sent-Etyen”ə 1:0 hesabı ilə qalib gələrək, kuboku qazanan PSJ ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris klubunun hücumçusu Kilian Mbappe sıradan çıxıb. Oyunun 33-cü dəqiqəsində rəqib futbolçu Loik Perrenlə mübarizə zamanı zədələnən Mbappe, meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Onu Pablo Sarabia əvəzləyib.

21 yaşlı futbolçunun ayağında çatın olmasından şübhələnilir. Onun vəziyyəti tibbi müayinədən sonra dəqiq bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button