PSJ-dən cari mövsümdə 3-cü titul

Futbol üzrə Fransa Liqa kubokunun final qarşılaşması keçirilib.

Komanda.az xəbər verir ki, həlledici oyunda PSJ ilə Lion “Olimpik”i üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ qələbə qazanan tərəf olub.

Koronavirus pandemiyasına Liqa 1-in qalibi elan olunmuş, Fransa kubokunu da qazanmış PSJ, bu mövsüm üçüncü tituluna yiyələnib. Bütövlükdə isə Paris təmsilçisi tarixində 9-cu dəfə Liqa Kubokunun qalibi olub.

Fransa Liqa kuboku, final

31 iyul

PSJ – Olimpik (Lion) 0:0 (penaltilər – 6:5)