PSJ-də olmaqdan qürur duyuram – Paredes

“Zenit”dən 50 milyon avro qarşılığında PSJ-yə transfer olunan Leandro Paredes, keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu  Paris təmsilçisinə transfer olunduğu üçün xoşbəxt olduğunu deyib:

“PSJ-də olmaqdan qürur duyuram. İtaliyadakı və Rusiyadakı təcrübəmdən sonra dünyanın ən nüfuzlu klublarından birinin formasını geyinmək üçün gözəl fürsət qazanmışam. Hamımız PSJ-nin futbolçularının, məşqçilərinin səviyyəsini bilirik. Burda mənə olan gözləntilərin qarşılığını vermək üçün çalışacam”.