“İkardi və qızım onlara yaxınlaşan hər kəsdən qorxur”

PSJ-də forma geyinən Mauro İkardinin agenti və həyat yoldaşı olan Vanda Naranın atası Andres Nara maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Andres, qızı və kürəkəni ilə artıq danışmadığını deyib:

“Pul bu uşaqların başını qarışdırıb. Bir insana pulu var deyə, yaxın durmaq mənlik deyil. Belə düşüncəni heç sevmirəm. İkardi və qızımla da danışmıram.

Artıq 6 ildir Vandanı danışdırmıram. Nəvələrim Franseska və İzabella ilə tanış olmamışam heç, İkardiylə də görüşmürəm. Bu insanlar pul və şöhrətə görə başlarını itiriblər. İkardi və qızım onlara yaxınlaşan hər kəsdən qorxur.

Maksi Lopeslə danışıram. O mənim üç nəvəmin atasıdır. O dəfə nəvələrimlə birgə video çəkib, göndərmişdi. Uşaqlar məni çox sevindirici şəkildə salamladılar. Əsl atanın edəcəyi şey budur”.