PSJ-də ciddi itki

Fransanın PSJ klubu itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 nəhənginin yarımmüdafiəçisi Yulian Draksler sıradan çıxıb. Bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat yayıb.

Almaniyalı oyunçu UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərənin “Mançester Yunayted” klubuna 1:3 hesabıyla uduzduqları matçda aldığı zədənin ciddi olduğunu bildirib.

Bu zədə səbəbindən Draksler azı 2 həftə Paris klubuna kömək edə bilməyəcək.