19 il sonra gələn məğlubiyyət

PSJ Fransa Liqa 1-in 32-ci turunda “Lill”ə 1:5 hesabıyla məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi yerli çempionatda son dəfə 2000-ci ildə qapısında 5 top görüb. Dekabrda “Sedan” klubuyla qarşılaşan PSJ, rəqibinə 1:5 hesabı ilə məğlub olmuşdu.

PSJ Liqa 1-də bundan əvvəl ən ağır məğlubiyyətini isə 2010-cu ildə alıb. Parislilər “Qrenobl”a 0:4 hesabı ilə məğlub olmuşdular.