PSJ “Qalatasaray” qarşısına onlarsız çıxacaq

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Qalatasaray”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin son Türkiyə çempionuna qarşı oyun üçün heyəti məlum olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

PSJ-də cəzası olan Neymar, zədəli Edinson Kavani, Tilo Kehrer və Yulian Draksler “Qalatasaray”la oyunda iştirak etməyəcək.

Sabah keçiriləcək “Qalatasaray” – PSJ matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button