Neymardan Çempionlar Liqasında yeni rekord

PSJ Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta”nı məğlub edərək, yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Paris təmsilçisinin futbolçusu Neymar yeni rekorda imza atıb. Bu barədə “Who Scored” portalı məlumat yayıb.

Neymar, Çempionlar Liqasında bir oyunda ən çox uğurlu driblinq edən futbolçu olub. Braziliyalı hücumçu “Atalanta”yla matçda 16 uğurlu driblinq edib.

Bundan əvvəlki rekord “Barselona”nın futbolçusu Lionel Messi və “Napoli”nin yarımmüdafiəçisi Lorenso İnsinyeyə aid idi. Hər iki futbolçu ÇL-də bir oyunda 11 uğurlu driblinq etmişdi.