PSJ Buffonla vidalaşdı

Fransa çempionu PSJ italiyalı qapıçısı Canluici Buffonla vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı qolkiperlə 1 illik müqavilənin müddəti iyunun 30-da başa çatacaq. Klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib və İtaliya millisinin sabiq qapıçısı azad agentə çevrilib.

Peşəkar karyerasına “Parma”da başlayan, uzun illər “Yuventus”da çıxış edən Buffon, PSJ-yə ötən yay transfer edilmişdi. O, Paris klubunun heyətində 25 oyuna çıxıb, Fransa çempionu, eləcə də superkubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button