Mbappe, Neymar və Ramossuz superkubok matçı

PSJ bu gün Fransa superkuboku çərçivəsində “Lill”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, sözügedən matçda Paris təmsilçisinin yeni transferi Serxio Ramos, hücumçular Kilian Mbappe və Neymar iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mbappe hələ tam hazır olmadığı, Ramos isə zədəli olduğu üçün “Lill”lə matçın heyətinə daxil edilməyib. Neymarın heyətdə olmamasının səbəbi açıqlanmayıb.

PSJ – “Lill” matçı saat 23:00-da start götürəcək.