Liderdən xal itkisi, mərkəzi oyunda heç-heçə

Futbol üzrə Fransa çempionatında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında PSJ “Anje”ni qəbul edib. Paris təmsilçisi rəqibini rüsvayçı hesabla məğlub edib.

Şənbə günü iki qarşılaşma baş tutub. “Lans” doğma meydanda “Sent-Etyen”ə, “Nitsa” isə “Nant”a qalib gəlib.

Turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib. “Monpelye” evdə “Nim”ə uduzub. Səfərdə “Strasburq”la qarşılaşan “Lill” türk futbolçularının vurduğu qollar sayəsində darmadağına sevinib. “Bordo” doğma meydanda “Dijon”dan, “Brest” “Monako”dan, “Mets” isə “Loryan”dan üstün olub. “Renn” – “Reyms” matçında, eləcə də Lion və Marsel “Olimpik”lərinin duelində qalib müəyyənləşməyib.

Fransa Liqa 1, 6-cı tur

2 oktyabr

PSJ – Anje 6:1
Qol
: Florensi, 7. Neymar, 36; 48. Draksler, 57. Queye, 71. Mbappe, 84 – Traore, 52.

3 oktyabr

Lans – Sent-Etyen 2:0
Qol
: Kakuta, 15-pen. Sotoka, 81.

Nitsa – Nant 2:1
Qol
: Dante, 27. Turam, 62 – Louza, 45+5-pen.

4 oktyabr

Monpelye – Nim 0:1
Qol
: Ripar, 84.

Bordo – Dijon 3:0
Qol
: Oudin, 12. Kalu, 29. Basiç, 89.

Brest – Monako 1:0
Qol
: Favr, 8.

Strasburq – Lill 0:3
Qol
: Z.Çelik, 21. Sançes, 53. B.Yılmaz, 68.

Mets – Loryan 3:1
Qol
: Niane, 44-pen; 59; 64 – Hamel, 36.

Renn – Reyms 2:2
Qol
: Rafinya, 24. Da Silva, 37 – Abdelhamid, 11. Dia, 66.

Lion – Marsel 1:1
Qol
: Auar, 28-pen – Payet, 16.

Bombardir: İbrahima Niane (Mets) – 5 qol.