“Lion” “Marsel”i darmadağın etdi

Fransa Liqa 1-də 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Sent-Etyen” doğma azarkeşləri qarşısında “Monpelye”ni qəbul edib və minimal hesabla məğlub olub.

Bir neçə tur əvvəl çempionluğunu rəsmiləşdirən PSJ, səfərdə “Anje”nin qonağı olub və çətin qələbəyə sevinib. Uğursuz mövsüm keçirən “Monako” isə “Nim”lə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

Turun mərkəzi oyununda “Marsel” “Lion”la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

Fransa Liqa 1, 36-cı tur

10 may

Sent-Etyen – Monpelye 0:1
Qol
: Laborde, 64.

11 may

Anje – PSJ 1:2
Qol
: Tait, 88 – Neymar, 20. Di Maria, 58.

Amyen – Tuluza 0:0

Kan – Reyms 3:2
Qol
: Ninqa, 14. Fajr, 40. Jilbert, 45 – Dumbiya, 37. Zeneli, 82-pen.

Dijon – Strasburq 1:1
Qol
: Tavares, 40-pen – Ayorke, 68.

Nim – Monako 1:0
Qol
: Ripar, 9.

Nitsa – Nant 1:1
Qol
: Sarr, 55 – Mutussami, 29.

12 may

Renn – Genqam 1:1
Qol
: Sarr, 15 – Mendi, 87.

Lill – Bordo 1:0
Qol
: Remi, 27.

Marsel – Lion 0:3
Qol
: Korne, 24; 86. Dembele, 84.

Bombardir: Kilian Mbappe (PSJ) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button