41 oyunda qol!

PSJ Fransa Liqa 1-in 3-cü turu çərçivəsində öz meydanında “Tuluza”nı 4:0 hesabı ilə məğlub edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi bu matçda rekorda imza atıb. Belə ki, paytaxt klubu ardıcıl 41 oyundur meydanı qolsuz tərk etmir. PSJ bu matçların hər birində azı 1 qol vurub. Bu isə Fransa futbol tarixində rekord hesab olunur. Əvvəlki nəticə isə 40 matçla “Rasinq”ə məxsus idi.

3 turdan sonra 6 xal toplayan PSJ, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button