“Psixoloji gərginlik var, bunu hiss edirəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 13-cü turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

  • Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Bu, hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi.
  • Rəqibdə dəyişiklik hiss etdizmi?
  • Fərqli oyun üslubu var idi. Qarşıdakı oyunlarda bunu daha çox görəcəyik. Hələ ki, istədiklərini tam göstərməyə vaxt lazımdır.
  • Avroliqa oyunundan sonra komandada vəziyyət necədir?
  • Normaldır. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq.

Şahin Cəfərov