PSJ üç futbolçusuyla müqaviləni yenilədi

PSJ üç futbolçusunun – Tiaqo Silva, Erik-Çupo Motinq və Sergio Rikonun müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər üç futbolçunun müqaviləsi cari mövsümün sonuna qədər uzadılıb.

Silva, Motinq və Rikonun əvvəlki sözləşmələri iyunun 30-na qədər idi.

Fransada Liqa 1 koronavirus pandemiyasına görə dayandırılsa da, PSJ Çempionlar Liqasında mübarizəsini davam etdirir. ÇL-in matçları avqustda oynanılacaq.