“Bu, Moskva “Spartak”ı ilə derbidə bizə kömək etməlidir” – Şeydayev

“Dinamo”nun (Moskva) futbolçusu Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda “Spartak”la qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən azərbaycanlı hücumçu, qarşılaşmanı səbirsizliklə gözlədiyini deyib:

“Son turdakı qələbəmiz bütün həftə ərzində bizdə müsbət emosiyalar yaratdı. Bu, Moskva “Spartak”ı ilə derbidə bizə kömək etməlidir. Prinsipial oyuna hazırlaşırıq və qazanmaq istəyirik”.

“Spartak” – “Dinamo” matçı sabah, saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button