Premyer Liqaya yüksələn ikinci klub bəlli oldu

Növbəti mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparacaq ikinci klub da məlum olub.

Komanda.az xəbər verir ki, Çempionşipin 45-ci turunda “İpsviç”i 2:0 hesabıyla məğlub edən “Şeffild Yunayted”, Premyer Liqaya vəsiqə qazanıb. 88 xalla ikinci pillədə qərarlaşan “qırmızı ağlar”, sona bir tur qalmış Premyer Liqada iştirak hüququnu təmin edib.

“Şeffild Yunayted” son dəfə 12 il əvvəl, 2006/07 mövsümündə Premyer Liqada iştirak edib.

“Şeffild Yunayted”lə yanaşı, “Norviç Siti” də Premyer Liqaya vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button