“Premyer Liqaya uyğunam, amma yeni bir macəraya da hazıram” – Poçettino

Son olaraq “Tottenhem”də çalışan Maurisio Poçettino açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, gələcək karyerası ilə bağlı fikir bildirib:

“İngiltərə Premyer Liqasının üstünlükləri var, amma La Liqa, A Seriyası, Liqa 1 və Bundesliqa da güclüdür. Premyer Liqaya uyğunam, amma yeni bir macəraya da hazıram. Yeni üfüqlər üçün çalışmaq məni bir məşqçi olaraq inkişaf etdirə bilər. İnsanların bizim bir layihə istədiyimizi düşünür, amma bizi uğura aparacaq klub və prezident istəyirik. Mənə belə bir təklif gələndə, “hə” deyəcəm”.