Azərbaycan millisinin sabiq üzvü “Sumqayıt”da – rəsmi

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini reallaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb. “Sumqayıt” son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2,5 illik müqavilə imzalayıb.

Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı, “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb.

Nağıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında 2 oyuna çıxıb.