Premyer Liqanı tərk edəcək ilk klub bilindi

2018/19 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk klubun adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, “Haddersfild” növbəti mövsüm İngiltərə Çempionşipində mübarizə aparacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

“Haddersfild” 32-ci turdə səfərdə “Kristal Pelas”a 0:2 hesabıyla məğlub olub. Cəmi 14 xalı olan “Haddersfild”in sona 6 tur qalmış, Premyer Liqanı tərk edəcəyi rəsmiləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button