Premyer Liqanı tərk edən klub baş məşqçisiz qaldı

İngiltərənin “Bornmut” klubu baş məşqçisi Eddi Hau ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Hau 2012-ci ildən “Bornmut”u çalışdırırdı. Komanda onun rəhbərliyi altında 450-dən çox oyuna çıxıb. İngilis məşqçi sözügedən klubu iki dəfə Premyer Liqaya çıxarsa da, komanda geridə qalan mövsümdə 18-ci yeri tutaraq elita ilə vidalaşıb.