Premyer Liqanı tərk edəcək sonuncu klub da məlum oldu

İngiltərə Premyer Liqasını tərk edəcək 3-cü klub da bəlli olub.

Komanda.az xəbər verir ki, 37-ci turda doğma azarkeşləri qarşısında “Kristal Pelas”a məğlub olan (2:3) “Kardiff Siti”nin elitanı tərk edəcəyi dəqiqləşib.

“Kardiff Siti” bu mövsüm Premyer Liqada 37 oyunda 9 qələbə qazanıb və 24 məğlubiyyət alıb.

“Kardiff Siti” ilə yanaşı, “Haddersfild” və “Fulhem” də Premyer Liqanı tərk edəcək.