Premyer Liqanı tərk edəcək ilk komanda bəlli oldu

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Norviç Siti” ölkə çempionatının 35-cu turunda “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.

21 xalla sonuncu – 20-ci pillədə olan “Norviç Siti” son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.