Premyer Liqadan La Liqa klubuna

İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa klubu İngiltərənin “Vest Hem” komandasında forma geyinən Lukas Peresi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı hücumçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

İspaniyalı futbolçu karyerasının ilk illərində “Deportivo”dakı çıxışı ilə tanınıb. 2016-cı ildə o, “Arsenal”a transfer edilib. London klubunda ümidləri doğrultmayan hücumçu, bir il “Deportivo”da icarədə çıxış etdikdən sonra ötən mövsüm “Vest Hem”ə üz tutmuşdu. O, Premyer Liqa klubu ilə 19 oyuna çıxıb, 8 qol vurub.