Premyer Liqadan La Liqa klubuna

İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Nyukasl” klubunun hücumçusu Xoselunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı ispaniyalı forvard yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

“Selta”nın yetirməsi olan Xoselu, ölkəsində Madrid “Real”ı ilə “Deportivo”nun da uğurları üçün çalışıb. O, Almaniyanın “Hoffenhaym”, “Ayntraxt”, “Hannover” klublarında, İngiltərə təmsilçisi “Stok Siti”də də forma geyinib. “Nyukasl”da isə 2017-ci ildən çıxış edirdi.