“Premyer Liqadakı istənilən klubu məğlub edə bilərik”

İngiltərə Premyer Liqasının növbəti turunda səfərdə “Liverpul”la qarşılaşacaq “Arsenal”ın futbolçusu Matteo Genduzi açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, fransalı futbolçu, qələbə qazanacaqlarına inandığını bildirib:

“Keçən mövsüm səfərdə keçirdiyimiz matçda (1:5) ən yaxşı formamızda deyildik. Bu mövsüm isə hər şey fərqlidir, yeni oyun, yeni komanda və s. Ona görə də, keçənilki nəticənin təkrarlanacağını gözləmirəm. Üstəlik, bu mövsümə daha yaxşı başlanğıc etdik. Keçən mövsümə iki məğlubiyyətlə başlamışdıq, indi isə artıq 6 xal toplamışıq. Daha yaxşı komandamız var və biz özümüzə inanırıq. Səfərə qələbə qazanmaq üçün gedəcəyik və bilirəm ki, bunu bacararıq. Premyer Liqadakı istənilən klubu məğlub edə bilərik”.

20 yaşlı futbolçu, klubun yeni transferləri ilə bağlı da danışıb:

“David Luis komandaya böyük təcrübə qazandırır və əla müdafiəçidir. Dani Sebalyos isə çox texnikalı futbolçudur və “Bernli”yə qarşı əla çıxış  etdi. Nikolas Pepe də Fransadan çox yaxşı tanıdığım futbolçudur. Düşünürəm ki, hər üç ftubolçu komandaya güc və müsbət cəhətlər qazandırır”.

“Liverpul” – “Arsenal” matçı bu gün, saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button