Premyer Liqada yeni mövsümün ilk turunun təqvimi RƏSMƏN açıqlandı

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun təqvimi məlum olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqada yeni mövsümə avqustun 9-da start veriləcək. İlk turun oyunları üç günü əhatə edəcək.

Mövsümün açılış oyununda “Liverpul” debütant “Norviç”i qəbul edəcək. Son çempion “Mançester Siti” isə səfərdə “Vest Hem”lə qarşılaşacaq. “Çelsi” birinci turda “Mançester Yunayted”, “Arsenal” isə “Nyukasl” səfərinə yollanacaq.

İngiltərə Premyer Liqası, 2019/20 mövsümü, 1-ci tur

9 avqust

Liverpul – Norviç

10 avqust

Vest Hem – Mançester Siti
Bornmut – Şeffild Yunayted
Bernli – Sauthempton
Kristal Pelas – Everton
Lester – Vulverhempton
Uotford – Brayton
Tottenhem – Aston Villa

11 avqust

Nyukasl – Arsenal
Mançester Yunayted – Çelsi