Premyer Liqada sentyabr ayının ən yaxşı futbolçusu

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Everton”un hücumçusu Dominik Kalvert-Levindir. Futbolçu keçən ay iştirak etdiyi üç oyunda 5 qolla yadda qalıb.

O, bu mükafat uğrunda komanda yoldaşı Xames Rodriqesi, Patrik Bemford (“Lids”), Timoti Kastaqne, Ceymi Vardi (“Lester”), Tariq Lampti (“Brayton”), Harri Keyn (“Tottenhem”) və Sadio Maneni (“Liverpul”) geridə qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button