Premyer Liqanı Çempionlar Liqasından daha çətin sayır – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, İngiltərə Premyer Liqasında qalib gəlmək Çempionlar Liqasında uğur qazanmaqdan daha çətindir.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi Premyer Liqada sabitlik lazım olduğunu deyib:

“Premyer Liqada qalib gəlmək Çempionlar Liqasından daha çətindir. Çoxlu turlar, oyunlar, zədələr, müxtəlif vəziyyətlər… Son illərdə Premyer Liqanın qalibi olmaq uğurdur. İngiltərə kubokunda olduğu kimi, bu, sadəcə bir matç deyil, burada sabitlik lazımdır. Mən demirəm ki, Çempionlar Liqası vacib deyil. Orda da finalda olmaq istərdik”.

MS Premyer Liqanın 37 turundan sonra 90 xal toplayıb və “Liverpul”u 1 xal qabaqlayaraq, turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button