Premyer Liqada oyunlar təxirə salına bilər

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun şənbə gününə nəzərdə tutulan oyunları təxirə salına bilər.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna həmin gün üçün hava şəraitinin əlverişli olmaması səbəb göstərilir.

Futbolçuların və azarkeşlərin təhkükəsizliyinin nəzərə alınması məqsədilə belə addımın atılması planlaşdırılır. Təxirə salınması müzakirə edilən görüşlər “Sauthempton” – “Bernli” və “Norviç” – “Liverpul” matçlarıdı.

Bazar gününə nəzərdə tutulan “Aston Villa” – “Tottenhem” və “Arsenal” – Nyukasl” oyunlarının baş tutub-tutmayacağı da dəqiq bilinmir.