Premyer Liqada oktyabrın ən yaxşı baş məşqçisi

Futbol üzrə İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Vulverhempton”un baş məşqçisi Nuno Espirito ötən ayın ən yaxşısı seçilib.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 46 yaşlı mütəxəssis sorğuda Joze Mourinyo, Devid Moyes və Din Smit kimi mütəxəssisləri qabaqlamağa nail olub.

Qeyd edək ki, Espiritonun çalışdırdığı “Vulverhempton” oktyabrda keçirdiyi oyunlarda 3 qələbə qazanıb, 1 heç-heçəyə razılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button