Premyer Liqada koronavirusa 2 yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 22-28 fevral aralığında 2733 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.