Premyer Liqada koronavirusa daha 2 yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə 19-25 oktyabr aralığında 1609 nəfərdən koronavirus testi götürüldüyü, yalnız iki nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.

Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 44-ə çatıb.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button