Premyer Liqada koronavirusa 8 yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, 12-18 oktyabr tarixləri aralığında aparılan testlər nəticəsində yeni yoluxma faktları aşkarlanıb.

Bu dəfə futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. Nəticədə 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar.