Premyer Liqada koronavirusa 6 yoluxma halı qeydə alındı

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan testlərin nəticələri açıqlanıb.

Komanda.az xəbər verir ki, 748 nəfərdən götürülən analizlərdən sonra 3 klubda virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Lakin həmin şəxslərin adları açıqlanmayıb. Onlar 7 günlük karantində olacaqlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında klubların bu gündən kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button