Premyer Liqada klubunu dəyişdi

İngiltərənin “Vest Bromviç” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brayton”un qapıçısı Devid Battonu transfer edib.

31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Batton 2018-ci ildən “Brayton”da çıxış edirdi. “Tottenhem”in yetirməsi olan ingilis futbolçu daha öncə “Fulhem”, “Çarlton”, “Bornmut”, “Şrusberi Taun”, “Plimut”, “Barnsli” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button