“Premyer Liqada hansısa komandadan qorxmuruq” – Mane

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Mançester Yunayted”lə qarşılaşacaq “Liverpul”un hücumçusu Sadio Mane açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, seneqallı futbolçu, rəqibdən çəkinmədiklərini bildirib:

“Rəqiblərimiz haqda danışmağı sevmirəm. Mümkün olan ən yaxşı nəticəni göstərmək istəyirik. “Mançester Yunayted” cari mövsümdə yaxşı oyun göstərir. Premyer Liqada hansısa komandadan qorxmuruq. Bütün komandaları məğlub edəcək gücdəyik. Biz “Liverpul”uq və qalib gəlmək üçün mümkün olan hər şeyi edəcəyik”.

“Liverpul” – “Mançester Yunayted” oyunu bu gün, saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button