Premyer Liqada daha bir nəfərdə koronavirus aşkarlandı

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Məlumatda, 20 klubda 22-28 iyun aralığında bütovlükdə 2250 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində bir nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxsin adı və klubu məlum deyil. Onun yeddi gün karantində qalacağı bildirilir.

Premyer Liqa klublarından indiyə qədər bütövlükdə 14307 test götürülüb, onlardan 19-nun nəticəsi müsbət çıxıb.