Premyer Liqada ayın məşqçisi açıqlandı

Futbol üzrə İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı baş məşqçisi adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, “Everton”un çalışdırıcısı Karlo Ançelotti hamını qabaqlayıb.

İtalyan mütəxəssis Yurgen Klopp (“Liverpul”), Brendan Rocers (“Lester Siti”) və Din Smitin (“Aston Villa”) namizəd olduğu yarışda birinci olub.

Qeyd edək ki, “Everton” Premyer Liqada keçirdiyi 4 oyunda maksimum nəticə ilə birinci pillədədir.