Premyer Liqada 4-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarının vaxtı açıqlanıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç günü əhatə edəcək turun görüşləri aşağıda göstərilən saatlarda başlayacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur

25 sentyabr

“Sumqayıt” – “Qarabağ”
“Sumqayıt Arena”, 19:00

26 sentyabr

“Səbail” – “Sabah”
Bakı. “ASCO Arena”, 18:00

“Keşlə” – “Zirə”
Bakı. “ASK Arena”, 20:15

27 sentyabr

“Neftçi” – “Qəbələ”
Bakı. “Dalğa Arena”, 19:00.