Premyer Liqada 4-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun bütün təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, əvvəlki turlardan fərqli olaraq, Peşəkar Futbol Liqası bu turun bütün qarşılaşmalarına təyinatları eyni vaxtda açıqlayıb.

“Sumqayıt” – “Qarabağ” matçı Kamal Umudluya, “Səbail” – “Sabah” oyunu Elçin Məsiyevə, “Keşlə” – “Zirə” görüşü Rəvan Həmzəzadəyə tapşırılıb. “Neftçi” – “Qəbələ” qarşılaşmasında isə Rəhim Həsənov söz sahibi olacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur

25 sentyabr

Sumqayıt – Qarabağ
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sumqayıt Arena”, 19:00

26 sentyabr

Səbail – Sabah
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədirov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “ASCO Arena”, 18:00

Keşlə – Zirə
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bakı. “ASK Arena”, 20:15

27 sentyabr

Neftçi – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “Dalğa Arena”, 19:00