“Neftçi”dən darmadağın, “Qəbələ”dən inamlı qələbə

Bu gün Misli Premyer Liqasında 2-ci turun son oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk oyunu Mərdəkanda keçirilib. Burada “Zirə” ilə “Sabah” üz-üzə gəlib. İlk turda hər iki komanda qələbəyə sevinmişdi. Dörd qolun qeydə alındığı bu görüşdə isə “Sabah” qələbə qazanan tərəf olub.

Dünən daha iki oyun keçirilib. Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Sumqayıta səfər edib və son dəqiqələrdə vurduğu iki qolla inamlı qələbə qazanıb.

“Turan Tovuz” isə Bakı səfərində “Səbail”lə qarşılaşıb. Tovuz təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Tura bu gün keçirilən matçlarla yekun vurulub. “Qəbələ” doğma meydanda “Şamaxı”nı sınağa çəkib və inamlı qələbəyə sevinib.

Turun son matçında Konfrans Liqasında mübarizəni dayandıran “Neftçi” evdə əzəli rəqiblərindən sayılan “Kəpəz”lə qarşılaşıb. Paytaxt təmsilçisi bu görüşdə rəqibini böyük hesabla məğlub edib.

Misli Premyer Liqası, 2-ci tur
12 avqust

Zirə – Sabah 1:3
Qol: S.Taşkın, 34 – A.Ba, 5. C.L.Mikels, 26. N.Ələskərov, 48.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR: Rauf Cabarov
AVAR: Kamal Umudlu
“Dalğa Arena”, 19:00

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 47. Məhəmməd Hamdaui, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

13 avqust

Sumqayıt – Qarabağ 0:2
Qol: M.Qurbanlı, 90+4. F.Ozobiç, 90+8.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
“Sumqayıt Arena”, 18:20

Sumqayıt: 13. Aydın Bayramov, 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa.
Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 8. Marko Yankoviç, 20. Kadi Borges.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail – Turan Tovuz 0:1
Qol: N.Oduva, 47.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
“ASCO Arena”, 20:30

Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

14 avqust

Qəbələ – Şamaxı 3:1
Qol: R.Muradov, 8. M.Musayev, 10. F.Santos, 20 – A.Yunanov, 56.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu, 18:20

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Şamaxı: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağlyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.

Neftçi – Kəpəz 5:2
Qol: S.Kvirkveliya, 11. Q.Donyo, 12. K.Sayef, 15. E.İsrafilov, 51. Y.Boqomolski, 89 – A.Şuaybu, 57. N.Süleymanov, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”, 20:30

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.