Premyer Liqada 13-cü turun rəmzi komandası – FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun rəmzi komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən geridə qalan turun oyun cədvəli aşağıdakı kimidi:

Qapıçı: Anar Nəzirov – 268 (“Qəbələ”) – 2;

Müdafiəçilər: Donald Gerye – 279 (“Neftçi”), İviça Zuniç – 289 (“Qəbələ”), Miyusko Boyoviç – 287 (“Keşlə”) – 3, İlkin Qırtımov – 270 (“Keşlə”) – 2;

Yarımmüdafiəçilər: Klesio Bauk– 318 (“Qəbələ”) – 2, Merab Giqauri – 290 (“Qəbələ”) – 4, Fernan Lopes – 352 (“Qəbələ”) – 3, Rövlan Muradov – 249 (“Qəbələ”);

Hücumçular: Davit Volkov – 270 (“Qəbələ”) – 4, Ağabala Ramazanov – 247 (“Səbail”) – 2.

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.