Premyer Liqada 10 nəfərdə koronavirus aşkarlandı

İngiltərə Premyer Liqasında daha 10 nəfərdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 23-29 noyabr arasında götürülən testlərdə 10 nəfərin nəticəsi pozitiv olub. Həmin şəxslər 10 günlük karantinə alınıb.