Premyer Liqada 1-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan Premyer Liqası
1-ci tur

21 avqust (cümə)

“Sumqayıt” – “Keşlə”
“Sumqayıt Arena”. 18:30

“Neftçi” – “Səbail”
Bakı. 8-ci km stadionu. 20:30

22 avqust (şənbə)

“Qarabağ” – “Sabah”
Bakı. “Azərsun Arena”. 20:00

23 avqust (bazar)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu. 19:00