“Premyer Liqada əvvəlki iki mövsümdə olduğu qədər yaxşı deyilik” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, komandanın Premyer Liqadakı çıxışından və Qabriel Jesusla Serxio Aqueronun müqayisə edilməsindən danışıb:

“Reallıq budur ki, Premyer Liqada əvvəlki iki mövsümdə olduğu qədər yaxşı deyilik. 18 komandadan daha yaxşıyıq, amma əsas komandadan yaxşı deyilik. “Liverpul” bizim əvvəlki mövsümlərdə etdiyimizə bənzər iş gördü.

Heç kim Serxionun karyerasında etdiklərini nəyləsə müqayisə edə bilməz. Hər ikisi bizim üçün mükəmməl futbolçudur. Qabriel bənzərsiz bir xüsusiyyətə malikdir. O, bizim daha da aqressiv olmağımıza kömək edir. Jesus döyüşçüdür. Son beş oyunda onun sayəsində bir çox qol vurduq. Futbolçuları müqayisə etmək haqsızlıq olar. Aquero və Jesusu müqayisə etməyin, çünki onlar bir-birini tamamlayır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button