Premyer Liqa və kubok oyunlarına azarkeşlər buraxılacaq? – PFL rəsmisindən açıqlama

AFFA AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına Bakı Olimpiya Stadionunun tutumunun 50 faizi qədər azarkeş buraxılacağını açıqlayıb.

Bəs Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalan oyunlarında azarkeşlərin iştirakı gözlənilirmi? Bununla bağlı Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. PFL rəsmisi Komanda.az-a açıqlamasında gündəmlərində azarkeşlərlə bağlı bir məsələnin olmadığı bildirdi:

“Bildiyiniz kimi, koronavirusa yoluxma artan sürətlə davam edir. Bizdə əsas mövzu çempionatın dayandırılmaması və sona kimi davam etdirilməsidir. Sloveniyada koronavirusa yoluxmada olan artımın qarşısını almaq məqsədilə çempionata bir müddətlik fasilə verilib. Bizdə də hələ ki, azarkeşlərin stadiona buraxılması məsələsi gündəmdə deyil”.