“Premyer Liqa və divizion klubları arasında böyük fərq var”

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis 1:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:

“Keşlə”ni kubokda növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm və çempionatda da uğurlar arzulayıram. Bilirdik ki, kubok matçı çətin olacaq. Çünki divizion komandaları ilə Premyer Liqa təmsilçiləri arasında böyük fərq var. Futbolçular çalışdılar ki, maksimum əllərindən gələni etsinlər. Nəticədən yox, oyundan, futbolçuların qarşılaşmaya özlərini necə kökləmələrindən, motivasiya olunmarından razı qaldım”.